Elan kodunu (№223)
TƏCİLİ HAZIR BİZNES (PAB / RESTORAN / LOUNGE) SATILIR!
📍 Ünvan: Yasamal rayonu, Kilyazi küçəsi , yarımzirzəmi 📐 Sahə: ~90 kv.m (Ümumi zal, 3 kabinet və tam təchizatlı mətbəx) 💰 Biznesin Qiyməti: 6 500 AZN 🏢 Aylıq İcarə Haqqı: 1 800 AZN
Obyekt Haqqında Ümumi Məlumat:
Tam təmirli, işlək vəziyyətdə olan və gündəlik stabil müştəri axınına malik hazır biznes təcili olaraq dəyərindən aşağı qiymətə satılır. Obyekt həm pab/restoran, həm də çay evi və canlı musiqi məkanı kimi fəaliyyət göstərmək üçün ideal şəraitə malikdir. Bütün avadanlıqlar saz vəziyyətdədir, əlavə xərc tələb etmir.
Obyektə Daxil Olan Avadanlıqlar və Üstünlüklər:
• Zal və Bar Zonası: Xüsusi dizaynla yığılmış taxta bar masası və stullar, vitrin içki soyuducusu, pivə çəlləyi və kran sistemi, taxta masa-stul dəstləri, divar televizoru, kondisioner və müşahidə kameraları.
• Səhnə və Səs Sistemi: Canlı musiqi və DJ çıxışları üçün nəzərdə tutulmuş xüsusi dekorasiyalı səhnə, 2 ədəd böyük peşəkar dinamik (kalonka) dayaqlıqları ilə birlikdə və səs gücləndirici.
• Tam Təchizatlı Mətbəx: Güclü havalandırma sistemi (zond), 2 gözlü elektrik plitə, nerjaveyka iş masaları, 2 ədəd böyük dərin dondurucu (lari), vitrin soyuducu, su filtr aparatı, stellajlar, qazanlar, servis qabları və ləvazimatlar (qab-qacağın 90%-i daxildir). (Qeyd: Yalnız samovar və qızdırıcı daxil deyil).
• Yayım və Kommunikasiya: Bein Sport və Ailə TV qoşulub, mərkəzi havalandırma sistemi çəkilib, səliqəli sanitar qovşağı mövcuddur.
Şərtlər:
• Obyekt hal-hazırda işləkdir, gündəlik alveri var.
• Təcili satıldığı üçün qiymət 6 500 AZN təyin olunub
💼 Ofis haqqı: 30%.
📞 Ətraflı məlumat üçün whatsappa yaza və ya zəng edə bilərsiniz!